İsrail Qəzzada "Kətibət əl-Mücahidin" qruplaşmasının üzvünü öldürüb

2026/03/1773938951.jpg
Oxunub: 264     15:10     10 Aprel 2026    
İsrail Müdafiə Ordusu Qəzza zolağında yaxın vaxtlarda İsrail qüvvələrinə qarşı hücumlar planlaşdıran iki silahlı şəxsin öldürüldüyünü bildirib.

Ordu.az ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qəzza zolağının cənubunda "Kətibət əl-Mücahidin" qruplaşması ilə əlaqəli olan Mahmud Barim öldürülüb. Bildirilib ki, o, İsrail qüvvələrinin hərəkətlərini izləməklə məşğul olub.

Qəzza zolağının şimalında HƏMAS hərəkatının üzvü, İsrail tərəfinin ordularına qarşı bir sıra hücumlarda iştirakda günahlandırdığı Əhməd Məhəmməd Saleh öldürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin