Ordu.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Gündəliyə Ukrayna məsələsinin sülh yolu ilə tənzimlənməsi, ABŞ-Rusiya iqtisadi əməkdaşlığı və Rusiya neftinə tətbiq edilən sanksiyaların müvəqqəti dayandırılmasının uzadılması daxildir.
Martın əvvəlində İranla müharibə fonunda enerji daşıyıcılarının qiymətlərinin kəskin artması səbəbindən ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ixracına qarşı sanksiyaları müvəqqəti olaraq aprelin 11-dək dayandırıb. Nazirliyə yaxın mənbələr “Semafor”a bildiriblər ki, Vaşinqton bu qərarı uzatmağa hazırlaşır, çünki İranla hələ sülh sazişi imzalanmayıb.
Rusiya artıq bu yumşalmanın maliyyə təsirini hiss edib. Urals markalı xam neftin qiyməti mart ayında bir barel üçün 77 dollara yüksəlib ki, bu da 2023-cü ilin oktyabrından bəri ən yüksək göstəricidir və fevraldakı 44,59 dollarla müqayisədə 73 faiz çoxdur.
“Reuters”in hesablamalarına görə, apreldə neft hasilatından əldə olunan vergi gəlirləri martdakı 327 milyard rubl ilə müqayisədə təxminən 700 milyard rubl təşkil edəcək. Əlavə gəlirlərin həcmi İran böhranının davametmə müddətindən, həmçinin Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiya limanlarına zərbələrindən asılı olacaq.
Dmitriyevin səfəri Putinin Ukrayna ilə bağlı “Pasxa atəşkəsi” barədə bəyanatı ilə eyni vaxta təsadüf edib.
Sevinc Əliyeva
Ordu.az