Ordu.az xəbər verir ki, bu barədə “ABC News”a müsahibəsində Avstraliyanın baş nazirinin müavini, müdafiə naziri Riçard Marls bildirib.
Avstraliya Silahlı Qüvvələrinin baş komandanı, admiral Devid Conston açıqlayıb ki, ötürülən məlumatlar “ABŞ-nin İrana qarşı hücum əməliyyatlarında istifadə edilməməsi üçün süzgəcdən keçirilir”. O əlavə edib ki, hansı məlumatların tərəfdaşlara ötürüləcəyinə avstraliyalı operatorlar qərar verir.
Avstraliya martın əvvəlində Fars körfəzinə E-7A “Wedgetail” təyyarəsi və 85 hərbçi göndərib ki, hava məkanının monitorinqini yaxşılaşdırsın. Aprelin 9-da baş nazir Entoni Albaniz bu missiyanın müddətini qeyri-müəyyən vaxta qədər uzadıb.
Sevinc Əliyeva
Ordu.az