Ordu.az xəbər verir ki, bunu yeni xarici işlər naziri Roberto Velasko Alvares qurum əməkdaşlarına ilk müraciətində bildirib.
“Biz təhlükəsizlik sahəsində əməkdaşlığı qarşılıqlı etimad və ortaq məsuliyyət prinsipləri əsasında, tabeçilik olmadan, konstitusiyamıza və beynəlxalq hüquqa ciddi riayət etməklə davam etdirəcəyik”, - deyə o vurğulayıb.
Prioritetlər sırasında ABŞ və Kanada ilə USMCA ticarət sazişinin yenidən nəzərdən keçirilməsi, xaricdə yaşayan Meksika vətəndaşlarının maraqlarının qorunması, həmçinin Latın Amerikası və Karib hövzəsi ölkələri arasında inteqrasiyanın dərinləşdirilməsi də yer alır. Velasko Alvares Kuba ilə həmrəyliyə və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiqliyini də təsdiqləyib.
Velasko Alvares aprelin 8-də vəzifəsinə təsdiqlənib. O, daha əvvəl Şimali Amerika məsələləri üzrə dövlət katibinin müavini vəzifəsində çalışıb.
Sevinc Əliyeva
Ordu.az