Avstraliya Hörmüz boğazı ərazisinə hərbi gəmi göndərməyi nəzərdən keçirir

2026/04/1775391073.jpg
Oxunub: 294     14:34     10 Aprel 2026    
Avstraliya hökumət qərar qəbul edərsə, gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına hərbi gəmi göndərə bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABC-yə açıqlamasında Avstraliya Silahlı Qüvvələrinin komandanı, admiral Devid Conston bildirib.

“Mən tam əminəm ki, biz hazırkı şəraitdə ora hərbi gəmi göndərə bilərik. Donanmamızın Hörmüz boğazında yaranmış vəziyyətdə fəaliyyət göstərə biləcəyinə şübhəm yoxdur”, - deyə o bildirib.

Öz növbəsində baş nazirin müavini Riçard Marls vurğulayıb ki, Avstraliyanın gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində iştirakı “hələ də müzakirə olunur” və yekun qərar tərəfdaşlarla məsləhətləşmələrdən asılı olacaq.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Aprelin 7-də prezident Tramp iki həftəlik atəşkəs elan edib. Tərəflər Hörmüz boğazını açmağa razılaşıblar. Münaqişədən əvvəl dünya neft ixracının təxminən beşdə biri bu boğazdan keçirdi. Tehran “müdafiə hücumlarını” dayandırmağa razılaşıb, şərt isə İrana qarşı zərbələrin də dayandırılmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Hörmüz  


Bizi "telegram"da izləyin