ABŞ nümayəndə heyəti Vensin rəhbərliyi ilə cümə günü İslamabada gedəcək və İranla danışıqlar aparacaq

2026/04/1775576896.jpg
Oxunub: 322     14:30     10 Aprel 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens cümə günü Pakistanın paytaxtı İslamabada uçacaq və Amerika nümayəndə heyətinə rəhbərlik edəcək. Məqsəd İranla danışıqlar aparmaqdır.

Ordu.az xəbər verir ki, bu barədə onun ilkin iş qrafikindən məlum olub.

Bildirilib ki, Vens Pakistan istiqamətinə Endryus aviabazasından yola düşəcək. Amerika nümayəndə heyətinin gəliş vaxtı hələ açıqlanmayıb.

Gözlənilir ki, danışıqlar şənbə günü səhər saatlarında (yerli vaxtla) keçiriləcək. ABŞ-ni danışıqlarda Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və prezidentin kürəkəni Cared Kuşner də təmsil edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   İslamabad  


Bizi "telegram"da izləyin