Moskvadan Ermənistan XİN-in dövlət protokolu rəhbərini boş əllə yola salmayıblar: “dadlı qəlyanaltılar, şərab...”

2026/04/1775712278.jpg
Oxunub: 535     19:01     17 Aprel 2026    
“Nikol Paşinyanın Moskva səfəri, bəyanatların kəskinliyini nəzərə alsaq, bir qədər ziddiyyətli qiymətləndirilsə də, kiçik süjetli epizodlarla da yadda qalıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Moskvadan Ermənistan XİN-in dövlət protokolu rəhbərini boş əllə yola salmayıblar: “dadlı qəlyanaltılar, şərab...” başlıqlı kiçik məqaləsində yazıb.

“Məsələn, bu səfərdən, görünür, XİN-in dövlət protokolu rəhbəri Qaqik Vanoyan narazı qalmayıb, ən azı, Korrupsiyanın Qarşısının Alınması Komissiyasının “Hədiyyələr” bölməsindən öyrəndiyimizə görə, onu Moskvadan boş əllə yola salmayıblar.

Belə ki, Rusiya prezidenti protokolunun rəhbəri Kitaev Vanoyana taxta qutu təqdim edib, qutunun içində 3 şüşə şərab, hərəsindən bir şüşə araq və konyak, 4 qutu müxtəlif növ pendir, 3 ədəd müxtəlif növ kolbasa, 1 ədəd paştet, 3 qutu hisə verilmiş balıq çeşidi, hərəsindən bir şüşə qabda krab çubuqları, qırmızı kürü və qara kürü olub”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, hədiyyənin dəyəri alan şəxs tərəfindən 336.500 dram olaraq qiymətləndirilib, bu barədə Korrupsiyanın Qarşısının Alınması Komissiyasının saytında yerləşdirilmiş formadan məlum olur.

“Qeyd edək ki, “Dövlət xidməti haqqında” qanuna edilən dəyişikliklərlə hədiyyələrin qəbuluna dair yeni qaydalar müəyyən edilib.

Həmin tənzimləmələrə görə, dövlət, rəsmi səfərlər, tədbirlər, həmçinin işgüzar səfərlər və ezamiyyətlər çərçivəsində verilən hədiyyələr, əgər onların dəyəri 60.000 dramdan artıqdırsa, dövlətə və ya icmaya təhvil verilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   XİN  


Bizi "telegram"da izləyin