Dəməşqdə Ukrayna-Suriya-Türkiyə üçtərəfli görüşü keçirilib - FOTO

2026/04/el_sa-1775445535.jpg
Oxunub: 444     01:20     06 Aprel 2026    
Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.

Ordu.az xəbər verir ki, bu barədə Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, Dəməşqdə həm Suriya Prezidenti Əhməd əl-Şara və hər iki liderin komandaları ilə ikitərəfli görüş, həmçinin Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüş keçirilib.

Ukrayna Prezidenti bildirib ki, təhlükəsizlik və müdafiə məsələlərindən, İran ətrafında baş verən hadisələrdən tutmuş enerji və infrastruktur əməkdaşlığına qədər bir sıra məsələlər müzakirə olunub. Ərzaq təhlükəsizliyi üzərində işlərin davam etdiriləcəyi vurğulanıb.

Zelenski həmçinin Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin də müzakirə olunduğunu qeyd edib və səfər zamanı nümayəndə heyətini qarşılayan suriyalılara təşəkkür edib. Prezident əlavə edib ki, Ukrayna Əsəd rejiminin süqutundan sonra yeni Suriyanı dəstəkləyən ilk ölkələrdən biri olub və sabitliyi, inkişafı dəstəkləməyə davam edəcək.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Suriya   Türkiyə  


Bizi "telegram"da izləyin