Rusiya Zaporojye bölgəsinə aviasiya bombası atıb, ölənlər və yaralılar var

2024/03/1710997958.jpg
Oxunub: 201     19:12     28 İyun 2026    
Rusiyanın Ukraynanın Zaporojye bölgəsinə hücumu nəticəsində iki nəfər həlak olub, 16 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye bölgəsindəki Şevçenkivske kəndinə aviasiya bombası ilə hücum həyata keçirib.

"İki nəfər ölüb, 16 nəfər yaralanıb – düşmənin Zaporojyeyə hücumu nəticəsində ölənlərin sayı artır. 53 yaşlı qadın həlak olub. Digər qurbanın şəxsiyyəti müəyyən edilir", - deyə o yazıb.

Yaralılar arasında iki uşağın olduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zaporojye   Ukrayna  


Bizi "telegram"da izləyin