Rusiyalı analitik: “Ermənistan üçün neft və qazın qlobal qiymətlərinin artması həm sosial, həm də iqtisadi sabitliyə təsir edən sistemli çağırış hesab olunur”

2026/03/1773945773.jpg
Oxunub: 368     22:47     19 Mart 2026    
“İranın Qətərə yönəlmiş son zərbələri Avropanın enerji bazarı üçün ciddi problem yaradır”.

Ordu.az xəbər verir ki, bunu Rusiyalı analitik Konstantin Simonov deyib.

Onun sözlərinə görə, İranın Qətərə yönəlmiş son zərbələri əvvəlcədən planlaşdırılıb, konkret məqsəd daşıyıb və həmin məqsədə xidmət edib.

Simonov qeyd edib ki, bu hadisələr artıq İranla bağlı müharibə prosesləri və Hörmüz boğazının bloklanması fonunda şok vəziyyətində olan Avropanın enerji bazarı üçün ciddi problemdir.

Onun fikrincə, ABŞ prezidentinin açıqlaması qarşılıqlı zərbələrdən sonra yaranmış gərginliyi azaltmağa yönəlib, çünki bu cür zərbələrin davam etməsi böhranı daha da dərinləşdirə bilərdi.

“Bu səbəbdən Tramp təhdidlər səsləndirsə də, yaranmış mürəkkəb vəziyyəti yumşaltmağa çalışıb. Artıq Avropa liderləri də buna reaksiya verir və bildirirlər ki, bu proseslərdən kənarda qala bilməzlər, çünki nəticələr Avropanın sabitliyinə təsir edir”, - deyə Simonov qeyd edib.

Onun sözlərinə görə, analitiklər İranla müharibənin nəticələrinin ABŞ tərəfindən tam hesablanmadığını məhz bu cür hadisələri nəzərdə tutaraq bildirirlər.

“Hesablamaların dəqiq mənzərəsi olmayıb və hadisələrin inkişafı bunu təsdiqləyir”, - deyə o vurğulayıb.

Simonovun qiymətləndirməsinə görə, qlobal bazarda neft və qaz qiymətlərinin artması idxaldan asılı iqtisadiyyatlar üçün çağırış yarada bilər. Lakin Ermənistan qazı Rusiyadan nisbətən sabit müqavilə mexanizmləri ilə aldığı üçün təsir birbaşa olmaya bilər.

O qeyd edib ki, qlobal yüksək qiymətlər zamanla danışıqlarda təzyiq vasitəsinə çevrilərək idxal olunan qazın bahalaşmasına səbəb olur və bu da iqtisadiyyatın demək olar ki, bütün sahələrinə zəncirvari təsir göstərir.

“Qazın bahalaşması birbaşa elektrik enerjisi tariflərinə təsir edir və bu risk belə vəziyyətlərdə həmişə mövcuddur. Bununla yanaşı, yüksək enerji qiymətləri Rusiya iqtisadiyyatı üçün müsbət təsir göstərə bilər. Lakin Ermənistan üçün neft və qazın qlobal qiymətlərinin artması həm sosial, həm də iqtisadi sabitliyə təsir edən sistemli çağırış hesab olunur”, - deyə Simonov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonov   Ermənistan  


Bizi "telegram"da izləyin