Ordu.az xəbər verir ki, bunu erməni politoloq, “APRI Armenia” analitik mərkəzinin elmi işçisi və şərqşünas Sergey Melkonyan deyib.
Erməni ekspertin fikrincə, İsrail öz planını mərhələli şəkildə həyata keçirir.
“Birinci mərhələ qərar qəbul edən şəxslərin sıradan çıxarılmasını, növbəti mərhələ isə hərbi və nüvə infrastrukturunun hədəf alınmasını əhatə edirdi. Üçüncü mərhələyə isə İranın bərpa olunmasına və ölkənin idarə edilməsinə kömək edə biləcək orta komandanlıq heyətinin məhv edilməsi daxildir. Məhz buna görə də onlar həm İranla bağlı silahlı qruplaşmalarda, həm də ölkə daxilində xüsusi olaraq orta komandanlıq heyətini hədəf alırlar”, - deyə erməni politoloq qeyd edib.
Melkonyan vurğulayıb ki, İsrail hələ öz əsas məqsədinə, İranı hərbi potensialını bərpa etmək imkanından məhrum etmək hədəfinə çatmayıb. O, nümunə kimi İranın son raket zərbəsini göstərib. Belə ki, həmin raketlər İsrail və ABŞ mühafizə sistemlərindən yayına bilərək bir neçə hədəfə, o cümlədən Ben-Qurion hava limanının ərazisinə zərbə endirib.
“Qırmızı xətlər” barədə danışan erməni ekspert Netanyahu hökumətinin “va-bank”a getdiyini istisna etməyib.
“İsraildə hamı anlayır ki, bu, tarixi bir məqamdır və imkanlar pəncərəsi əbədi olaraq açıq qalmayacaq. Buna görə də ondan maksimum istifadə etmək lazımdır”, - deyə erməni analitik bildirib.
O, həmçinin əlavə edib ki, İran məsələsi İsrail cəmiyyətində konsensusun əldə olunduğu nadir sahələrdən biridir.
Alpər Mövludoğlu
Ordu.az