Danimarka hərbçiləri Qrenlandiyaya mümkün ABŞ hücumuna hazırlaşıb

2026/03/thumb-1773940204.jpg
Oxunub: 366     21:09     19 Mart 2026    
Danimarka hərbçiləri ABŞ-nin Qrenlandiyanı ələ keçirmə ehtimalına qarşı hazırlıq görüb.

Ordu.az xəbər verir ki, bu barədə DR telekanalı Danimarka, Fransa və Almaniyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yanvar ayında Qrenlandiyaya göndərilən danimarkalı hərbçilər əsas uçuş zolaqlarını məhv etmək üçün partlayıcılar və yaralıları müalicə etmək üçün qan ehtiyatları aparıb.

Fransalı yüksək vəzifəli şəxs bildirib ki, Qrenlandiya böhranı Avropaya öz təhlükəsizliyini təmin etməyin vacibliyini göstərib.

Donald Trampın seçilməsindən sonra Danimarka Fransa, Almaniya və Şimali Avropa ölkələrindən siyasi dəstək istəyərək Qrenlandiyanı qorumaq üçün ittifaq yaratmağa çalışıb.

Mənbələr qeyd edib ki, ABŞ hücuma cəhd edərsə, danimarkalı hərbçilər döyüşə girəcək, həmçinin bölgəyə göndərilən F-35 qırıcıları da silahlandırılıb.

Fransalı rəsmi bildirib ki, Avropa “güc siyasətini yenidən öyrənməli” və ABŞ-nin hərbi dəstəyinə arxalanmamalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   ABŞ  


Bizi "telegram"da izləyin