Erməni analitik: “İranla müharibə illərlə davam etməyəcək, lakin yaxın iki həftə döyüşlər davam edəcək”

2026/03/1773939112.jpg
Oxunub: 382     20:56     19 Mart 2026    
“İranla müharibə yeni mərhələyə keçib və artıq enerji infrastrukturlarının hədəfə alınması mərhələsi başlayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni analitik, Tehranda nəşr olunan “Alik” qəzetinin baş redaktoru Aram Şahnazaryan deyib.

Onun sözlərinə görə, bu proses davam edərsə, müharibə hərbi müstəvidən iqtisadi müstəviyə keçəcək və bu, qlobal enerji bazarına ciddi təsir göstərəcək.

Şahnazaryan qeyd edib ki, İran qeyri-hərbi obyektlərinə hücum olacağı təqdirdə asimmetrik cavab verəcəyini bildirib və artıq bu yanaşma tətbiq olunur.

O vurğulayıb ki, hazırda neftin bir barelinin qiyməti 114 dolları ötüb və yaxın vaxtlarda maye qaz infrastrukturlarının da hədəfə alınması ehtimalı var ki, bu da Avropa və dünya üçün ciddi problemlər yarada bilər.

Erməni analitik qeyd edib ki, ABŞ və İsrail İranın ali rəhbərliyini hədəfə alaraq sistemi zəiflətməyə çalışsa da, bu strategiya gözlənilən nəticəni vermir.

Onun sözlərinə görə, İran sistemi uzun illərdir belə itkilərə uyğunlaşdığı üçün fəaliyyətini davam etdirir və yeni nəsil, daha radikal qüvvələr ön plana çıxır.

Şahnazaryan hesab edir ki, müharibə illərlə davam etməyəcək, lakin yaxın günlərdə də başa çatmayacaq: “Düşünürəm ki, ən azı qarşıdakı iki həftə ərzində döyüşlərin davamına şahid olacağıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Şahnazaryan  


Bizi "telegram"da izləyin