ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilk dəfə Gümrüyə səfər edib

2026/03/1773937013.jpg
Oxunub: 398     20:15     19 Mart 2026    
ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen ilk dəfə Gümrüyə səfər edərək şəhərlə tanış olub və yerli icma ilə görüşlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

ABŞ səfirliyindən bildirilib ki, səfər mühüm görüşlərlə zəngin olub. İlk dayanacaq Daxili İşlər Nazirliyinin Patrul Xidmətinin Şirak vilayəti üzrə bölməsi olub. Burada Devid Allen ABŞ-nin Ermənistanın hüquq-mühafizə sistemində islahatlara dəstəyini və daha təhlükəsiz icmaların formalaşdırılması məqsədini vurğulayıb.

Məlumata görə, daha sonra o, TUMO mərkəzinə baş çəkərək gənclərin inkişafına yönəlmiş proqramlarla tanış olub.

“Həmçinin ABŞ hökumətinin təhsil mübadilə proqramlarının məzunları ilə görüş keçirilib. Qeyd olunub ki, onlar əldə etdikləri bilik və təcrübəni icmanın inkişafı üçün tətbiq edir.

Günün sonunda Gümrüdəki “Amerika guşəsi”ndə təşkil olunan “Qurucuların muzeyi” sərgisinin açılışı baş tutub. Tədbir ABŞ-nin 250 illiyinə həsr olunmuş “Azadlıq-250” yubiley proqramı çərçivəsində keçirilib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin