Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, Paşinyan Marta Kosun Ermənistana səfərini alqışlayıb və bunun Ermənistan-Aİ əməkdaşlığının geniş gündəliyini müzakirə etmək üçün yaxşı imkan olduğunu bildirib. Paşinyan bildirib ki, görüşdə həmçinin qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunacaq.
Bildirilib ki, Paşinyan Ermənistan hökumətinin demokratik islahatları davam etdirmək, qanunun aliliyini möhkəmləndirmək və institusional imkanları inkişaf etdirmək öhdəliyini bir daha təsdiqləyib.
“Marta Kos qəbul üçün təşəkkür edib və Aİ-nin Ermənistanın həyata keçirdiyi islahatları və bu istiqamətdə göstərilən siyasi iradəni yüksək qiymətləndirdiyini vurğulayıb. O qeyd edib ki, Aİ Ermənistanı islahatlar gündəliyi, vətəndaş cəmiyyəti və media sahəsində dəstəkləməyə davam edəcək.
Görüş zamanı tərəflər Ermənistan-Aİ əməkdaşlığının gündəliyini, iqtisadi və investisiya layihələrinin genişləndirilməsi imkanlarını, həmçinin vizaların liberallaşdırılması prosesini müzakirə edib. Regional proseslər və sülhün təmin olunması istiqamətində atılan addımlar da diqqət mərkəzində olub.
Marta Kos Aİ-nin Ermənistan hökumətinin sülhə yönəlmiş səylərinə tam dəstək verdiyini bildirib. Tərəflər yüksək səviyyəli dialoqun davam etdirilməsinin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylərin vacibliyini qeyd edib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az