Aİ rəsmisi: “Ermənistanı hibrid təhdidlərə qarşı mübarizədə dəstəkləyəcəyik”

2026/03/Ekran-1773935167.jpg
Oxunub: 434     19:45     19 Mart 2026    
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, cari il Ermənistan demokratiyası üçün mühüm əhəmiyyət daşıyır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O, İrəvanda Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan ilə birgə bəyanat zamanı qeyd edib:

“İyun ayında ermənilər seçkilərə gedəcək. Bütün Avropada hər gün demokratiya proseslərini kibermüdaxilələr, dezinformasiya və digər üsullarla pozmağa çalışan qüvvələri görürük və Avropa burada kömək etmək üçün hazırdır.

Biz Ermənistanı hibrid təhdidlər və dezinformasiyaya qarşı mübarizədə dəstəkləyəcəyik ki, ermənilər azad və ədalətli şəkildə səs verə və öz ölkələrinin gələcəyini müstəqil şəkildə müəyyən edə bilsinlər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin