ABŞ-nin Azərbaycandakı səfirliyi martın 25-dək bağlı olacaq

2025/10/1759295133.jpg
Oxunub: 418     18:48     19 Mart 2026    
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən 24-dək bağlı olacaq və martın 25-də açılacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində köməyə ehtiyacınız varsa, zəhmət olmasa, +994 12 488 33 00 nömrəsinə zəng edin",- məlumatda bildirilib:

"Konsulluq barədə məlumat əldə etmək və ya Yaxın Şərqdəki amerikalılara yardım üçün Dövlət Departamentinin 24 saatlıq əməliyyat qrupuna +1-202-501-4444 (xaricdən) və 1-888-407-4747 (ABŞ-dən) nömrələri vasitəsilə zəng edin".


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin