Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Son səfərimdən sonra qısa müddətdə geri dönəcəyimi demişdim. Ermənistana qayıtmağı sevirəm, çünki burada keçid prosesinin necə irəlilədiyini öz gözlərimlə görürəm.
Bu altı ay ərzində çox şey dəyişib, dünya daha qeyri-sabit olub və bu, Cənubi Qafqazda gördüyümüz işin nə qədər vacib olduğunu bir daha göstərir. Bu həm də etibarlı tərəfdaşların və dostların nə qədər mühüm olduğunu nümayiş etdirir və biz Ermənistanı belə görürük.
Bu regionda Avropa vətəndaşlarına göstərdiyiniz dəstəyə görə sizə səmimi təşəkkür edirəm”, - deyə o qeyd edib.
Kos bildirib ki, bu il Ermənistan üçün həqiqətən mühüm ildir.
“May ayında Ermənistan Avropa Siyasi Birliyinin toplantısına ev sahibliyi edəcək, daha sonra isə Aİ-Ermənistan ilk sammiti keçiriləcək. Bu, regionun Avropa üçün əhəmiyyətinin nə qədər artdığını və tərəfdaşlığımızın necə dərinləşdiyini göstərir.
Şimalda və cənubda davam edən müharibələr şəraitində Cənubi Qafqazdan keçən ticarət marşrutları əvvəlkindən daha vacib olur”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az