Erməni nazir: “İrəvan və Ankara enerji şəbəkələrinin birləşdirilməsi üçün investisiyaları qiymətləndirəcək”

2026/02/1770984060.jpg
Oxunub: 400     16:48     19 Mart 2026    
Ermənistan və Türkiyə iki ölkənin enerji sistemlərinin birləşdirilməsi üçün tələb olunan investisiyaların həcmini müəyyən etmək niyyətindədir.

Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Erməni nazir xatırladıb ki, bu məsələ martın 10-da Parisdə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə müzakirə olunub.

“Zəruri investisiyaların həcmini müəyyən etmək üçün araşdırma aparılması barədə qərar qəbul edilib. Biz yaxın vaxtlarda bu işə başlamağa hazırıq və türk tərəfdaşlarımızdan da analoji yanaşma gözləyirik”, - deyə Xudatyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Ankara  


Bizi "telegram"da izləyin