Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Martın 19-da keçirilən brifinq zamanı bu suala cavab verən Paşinyan bildirib ki, dəfn mərasimində iştirak etmək üçün İrəvandan Tbilisiyə yüksək səviyyəli nümayəndə heyəti gedəcək.
Paşinyan özü isə gürcü həmkarına zəng etməyi və şəxsən başsağlığı verməyi planlaşdırır. “(Hökumət nümayəndə heyətinin) iştirak formatı müzakirə olunur. Digər formatlar barədə danışa bilmərəm”, - deyə Paşinyan bildirib.
O əlavə edib: “Mən Ktriç Nersisyanı (II Qaregin-red.) katolikos kimi tanımıram”.
Alpər Mövludoğlu
Ordu.az