Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

2026/03/Ekran-1773914559.jpg
Oxunub: 486     14:18     19 Mart 2026    
Bu gün doğma yurduna yola salınan köç karvanı Xocavəndə çatıb, ailələrə mənzillərin açarları təqdim olunub.

Ordu.az xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

Ordu.az xəbər verir ki, bu mərhələdə şəhərə 46 ailə olmaqla, 177 nəfər qayıdıb.

Ailələri Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocavənd   Köç  


Bizi "telegram"da izləyin