Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Hesabatda Ermənistana xüsusi yer ayrılıb.
Sənəddə qeyd olunur ki, ABŞ-nin təşəbbüsü ilə avqustun 8-də Ermənistan və Azərbaycan arasında keçirilmiş sülh sammiti uzunmüddətli sülh üçün imkan yaradıb və regional sabitliyi gücləndirib. Sammit nəticəsində sülh müqaviləsinin şərtləri üzrə ilkin razılıq əldə olunub və ABŞ-nin idarə edəcəyi “Beynəlxalq sülh və rifahın Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin yaradılması planlaşdırılıb. Bu layihə Ermənistanın cənubundan keçməklə Azərbaycanı Naxçıvanla birləşdirməyi və ticarət axınlarını artırmağı nəzərdə tutur.
Hesabatda vurğulanır ki, bu proseslər Ermənistan-Azərbaycan münasibətlərində ciddi dəyişiklik yaradıb. 2020 və 2023-cü illərdə Azərbaycan hərbi yolla Qarabağ üzərində nəzarəti bərpa edib. Avqustun 8-dən sonra tərəflər sülh prosesini davam etdirməyə hazır olduqlarını göstəriblər. Sərhəddə atəşkəs pozuntuları kəskin azalıb.
“2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev ölkə ərazisindən Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb, Ermənistanın baş naziri Nikol Paşinyan isə bu addıma qarşılıq verib. Bundan sonra Azərbaycan Ermənistana benzin tədarük edib və taxıl tranzitinə icazə verib.
Bununla belə, yekun sülh müqaviləsinin imzalanmasına maneələr qalır. Xüsusilə Prezident İlham Əliyev Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Bu isə referendumu zəruri edir və onun nəticəsi əvvəlcədən təmin olunmayıb”, - deyə hesabatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az