“Joğovurd”: “Avropa” adı altında Azərbaycan benzini idxal edən kimdir?

2026/03/gevor-1773826615.jpg
Oxunub: 391     09:28     19 Mart 2026    
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “ArmLur.am” saytına müsahibəsində sensasion açıqlama verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Erməni nazir bildirib ki, bir şirkət Azərbaycandan benzin gətirərək onu “Avropa benzini” adı ilə satır. Onun sözlərinə görə, şirkətə xəbərdarlıq edilib: ya məhsulun mənşəyini açıq şəkildə bəyan etməlidir, ya da satışa icazə verilməyəcək.

KİV hansı şirkətdən söhbət getdiyini öyrənməyə çalışsa da, erməni nazir konkret ad çəkməkdən imtina edib.

Bununla belə, nəşr hökumət mənbələrinə istinadən bildirib ki, söhbət CPS şirkətindən gedir. Bu şirkət dizel yanacağı bazarında uzun illərdir fəaliyyət göstərən əsas oyunçulardan biridir.

Şirkətdən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bildirilir ki, “CPS Energy Group” şirkəti 1994-cü ildən fəaliyyət göstərən Aşot Salazaryana məxsusdur. Müxtəlif dövrlərdə şirkətin adları dəyişsə də (“Qal Petrol Servis”, “City Petrol Group”, “CPS Oil”, “CPS Oil Corporation”), brend eyni qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin