Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
KİV qeyd edib ki, müraciətin əsasını deputat Hayk Sarkisyanın açıq bəyanatları təşkil edib. O, parlament sədri Alen Simonyanın davranışını və bukmeker sahəsinə marağını şübhə altına alıb və bildirib ki, bu sahədə fəaliyyət göstərən bəzi iri sahibkarlar onun yaxınlarıdır.
Nəşr yazıb ki, bu açıqlamalar yalnız siyasi qiymətləndirmə deyil, həm də maraqlar toqquşması və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi mümkün cinayət elementləri ehtiva edir. Lakin Antikorrupsiya Komitəsi əvvəlcə cinayət işi açmaq üçün əsasların olmadığını bildirib. Eyni zamanda, həmin gün başqa bir məktubla müraciətdə qeyd olunan halların araşdırılması üçün operativ tədbirlərin davam etdiyini açıqlayıb.
“Bu ziddiyyətli vəziyyət, “iş yoxdur, amma araşdırma var” yanaşması hüquqi baxımdan izah oluna bilsə də, ictimai rəyə görə qeyri-müəyyənlik yaradır. Əgər əsas yoxdursa, niyə araşdırma aparılır? Əgər araşdırma davam edirsə, əsasın olmadığı barədə nəticə çıxarmaq tez deyilmi?
Hüquq-mühafizə orqanları Alen Simonyanın ehtimal olunan korrupsiya maraqlarını araşdırdığı bir vaxtda bu məsələni qaldıran hakim partiyanın deputatı cəzalandırılıb. “Vətəndaş Müqaviləsi” partiyası Hayk Sarkisyana ciddi xəbərdarlıq edib və onun seçki siyahısına daxil edilməsini qadağan edib”, - deyə nəşr bildirib.
Vurğulanır ki, müxalif deputat Taquhi Tovmasyan son vaxtlar mərc oyunlarının kəskin artımı ilə bağlı ciddi rəqəmlər açıqlayıb.
2018-2025-ci illərdə onlayn qumar və kazino mərc dövriyyəsi 8 trilyon həddi keçib:
2018 – 422,5 milyard dram,
2019 – 1,2 trilyon dram,
2020 – 2,0 trilyon dram,
2021 – 3,9 trilyon dram,
2022 – 5,8 trilyon dram,
2023 – 6,4 trilyon dram,
2024 – 7,2 trilyon dram,
2025 (yanvar-iyul) – 4,0 trilyon dram.
Alpər Mövludoğlu
Ordu.az