Omanda Ermənistan səfirliyinin açılışı olub

2026/03/1773864349.jpg
Oxunub: 374     23:57     18 Mart 2026    
Omanın paytaxtı Maskatda hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan səfirliyinin açılış mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Omanın XİN rəhbəri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində bildirib.

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə Maskatda Ermənistan Respublikası səfirliyinin açılışında iştirak etdik. Bu mühüm hadisə əməkdaşlığın möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun inkişafına və müxtəlif sektorlarda yeni imkanların açılmasına olan ümumi sadiqliyimizi əks etdirir", - paylaşımda deyilir.

Oman XİN-in məlumatına görə, tədbirdə sultanlıqda akkreditə olunmuş dost ölkələrin səfirləri, diplomatik və konsulluq korpusunun bir sıra üzvləri, dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, eləcə də Omanda yaşayan erməni icmasının üzvləri iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oman   Ermənistan  


Bizi "telegram"da izləyin