Erməni türkşünas: “İranda gedən müharibə yeni mərhələyə keçib”

2026/03/1773851948.jpg
Oxunub: 454     20:43     18 Mart 2026    
“İranda gedən müharibə təkcə davam etmir, həm də yeni genişlənmə mərhələsinə keçib”.

Ordu.az xəbər verir ki, bu barədə erməni türkşünas Varujan Geğamyan bildirib.

“Bunun bariz sübutu dünən İranın ən təsirli fiqurlarından biri olan Əli Laricaninin öldürülməsidir. Bunun aralıq nəticələri artıq bütün dünyada, o cümlədən bizdə də hiss olunur”, - deyə o qeyd edib.

Geğamyanın sözlərinə görə, məsələn, Ermənistan Mərkəzi Bankının sədri yaxın günlərdə bildirib ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi Ermənistanda inflyasiyaya 1,2-1,7% təsir göstərə və iqtisadi artımı ləngidə bilər.

“Təəssüf ki, İranda gedən müharibə ciddi qəbul edilmir, onun nəticələri və təsiri isə qiymətləndirilmədən qalır. Bu gün səhər Livanın paytaxtı Beyrutdan olan görüntülərə baxın və yenidən regionumuzun real problemləri barədə düşünün”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin