Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, Ermənistan müdafiə naziri Suren Papikyan nazirlikdə “islahatlar” adı altında kadr “təmizləməsi” aparır.
Məlumata əsasən, nazirlikdə uzun illər xidmət etmiş zabitlərə istefa ərizəsi yazaraq işdən ayrılmaları üçün təzyiq göstərilir, əks halda isə ixtisarlar həyata keçirilir.
Suren Papikyan yanvar ayında keçirdiyi yekun mətbuat konfransında bildirmişdi ki, ailə üzvləri xarici vətəndaşlığı olan şəxslər nazirlikdə çalışmayacaq.
Qeyd edilir ki, bu cür məhdudiyyət qanunvericilikdə nəzərdə tutulmayıb və nazirlikdə baş verən proseslər qanunsuz hesab olunur.
Alpər Mövludoğlu
Ordu.az