Rusiyalı ekspert: “Ermənistanda Moldova ssenarisini təkrarlamaq üçün hər şey edilir”

2024/07/1721202174.jpg
Oxunub: 491     15:41     25 Fevral 2026    
“Ermənistanda parlament seçkiləri ərəfəsində Moldova ssenarisini təkrarlamaq üçün hər şey edilir”.

Ordu.az xəbər verir ki, bunu “Moskva-İrəvan” videokonfransı zamanı rusiyalı politoloq Andrey Areşev ötən gün Ermənistan KİV-lərində yayılan məlumatları şərh edərkən deyib.

Xüsusilə, “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqından seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Rusiyaya qarşı mübarizə aparmaq üçün “sürətli hibrid reaksiya” qrupu göndərməyi xahiş edib.

Rusiyalı politoloqun fikrincə, Moldova və Ermənistanın mövcud hakimiyyətləri arasında sıx əlaqələr var və bu əlaqələr “yalnız XİN rəhbərləri səviyyəsində deyil, həm də xüsusi xidmət orqanları səviyyəsində” mövcuddur.

Ekspert hesab edir ki, əslində söhbət ictimai rəyi çaşdırmaqdan və qarşıdan gələn parlament seçkilərində qərbyönlü qüvvələrin uğurunu təmin etməyə cəhd göstərməkdən gedir. Onun sözlərinə görə, bu proseslərin həm də geosiyasi əhəmiyyəti var.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin