Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesləri paralel aparılır

2026/02/1771931098.jpg
Oxunub: 316     14:50     25 Fevral 2026    
Türkiyə–Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan hər iki istiqamət üzrə proseslər paralel şəkildə aparılır:

"Ümid edirik ki, bütün bunlar çox sürətlə inkişaf edəcək, bölgənin gündəmi artıq münaqişələrlə deyil, sülh, rifah və inkişafla müəyyən olunacaq. Bundan sonra diqqətimizi daha çox gələcəyə yönəldəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin