Xaçmaz rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

2026/02/1772015891.jpg
Oxunub: 364     14:05     25 Fevral 2026    
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər təşkilatlarda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirilib.

Ordu.az xəbər verir ki, yığıncaqlarda Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlərdə 1992-ci il fevralın 26-da erməni vandalizmi nəticəsində həlak olmuş 613 dinc sakinin, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəblərdə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar və videoçarxlar nümayiş olunub, idman yarışları təşkil edilib. Mədəniyyət müəssisələrində “Xocalı – yaddaşımızın qan yarası” mövzusunda sərgilər yaradılıb, yığıncaqlar keçirilib.

Qeyd olunub ki, bu gün biz yalnız xatirələri yad etmir, həm də gələcək nəsillərə tarixi ədaləti, vətənpərvərliyi və birliyi aşılayırıq. Xocalı – bizim qan yaddaşımız, milli qürurumuz və əbədi həqiqətimizdir!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçmaz   Xocalı  


Bizi "telegram"da izləyin