Paşinyanla birlikdə Polşaya kimlər gedib? Nümayəndə heyətində 19 nəfər var

2026/02/1772006838.jpg
Oxunub: 382     14:09     25 Fevral 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Polşaya yola düşüb. Nümayəndə heyətinin tərkibinə 19 nəfər daxildir.

Ordu.azxəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, nümayəndə heyətinin tərkibində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın Polşadakı səfiri Aleksandr Arzumanyan, Ermənistanın iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan, Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Xidmətinin rəhbəri Q. Vanoyan və digərləri var.

Bildirilir ki, nümayəndə heyətinin tərkibində 4 media nümayəndəsi də yer alır.

Bundan əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, Ermənistan Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Polşa Respublikasına gedib.

Səfər çərçivəsində Paşinyan Polşanın baş naziri Donald Tusk ilə görüşəcək, bundan sonra Ermənistan və Polşa baş nazirləri KİV nümayəndələri üçün bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində baş nazir həmçinin prezident Karol Navrotski və Senatın sədri Malqojata Kidava Blonska ilə də görüşəcək. Paşinyan həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkəcək və burada Polşanın analitik mərkəzlərinin nümayəndələri ilə görüş keçirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Polşa  


Bizi "telegram"da izləyin