Ordu.az xəbər verir ki, bunu “Ermənistan Mənəm” siyasi təşəbbüsünün rəhbəri Nairi Sarkisyan deyib.
Onun sözlərinə görə, Ermənistan ixrac istiqaməti kimi Türkiyə üçün maraqlı ola bilməz, çünki Ermənistan iqtisadiyyatı Türkiyə iqtisadiyyatı üçün dənizdə bir stəkan su kimidir.
“Türkiyə daha çox AİB bazarı, xüsusilə Rusiya və Avropa bazarı ilə maraqlanır və bu bazarlarda kifayət qədər uğur qazanır. Erməni bazarı onu maraqlandırmır.
Türkiyə mallarına gömrük rüsumları tətbiq etməklə, ərzaq sənayesindən tutmuş geyimə qədər Ermənistanda istehsal olunan məhsullarla müqayisədə onlar xeyli daha rəqabətqabiliyyətlidirlər. Əlavə dövlət subsidiyaları ilə öz məhsullarının Ermənistana gətirilib burada satılmasını stimullaşdırırlar. Yəni bu, mənfəət əldə etmək məqsədilə deyil, Ermənistanda bütün növ istehsalın dayandırılması üçün edilir. Buna görə də bu vəziyyətdə Türkiyə ilə sərhədin açılmasının və ya ümumiyyətlə münasibətlərin normallaşdırılmasının müsbət faydalarından danışmaq mənasızdır”, - deyə Sarkisyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az