Erməni deputat: “Ermənistan hakimiyyəti müxalifətin ofislərini mühasirəyə almaq üçün avropalılardan polis qüvvələri istəyə bilərdi”

2026/02/1772003468.jpg
Oxunub: 367     15:10     25 Fevral 2026    
“Belə olmaz. Ermənistan hakimiyyəti sadəcə avropalılardan, məsələn, müxalif qüvvələrin ofislərini mühasirəyə almaq və seçkilər zamanı müxalif xadimləri birbaşa həbs etmək üçün polis və ya digər hərbi qüvvələr istəyə bilərdi. Çünki təqdim edilən məntiq əslində o deməkdir ki, Avropa İttifaqı böyük insan və maliyyə resursları xərcləyərək Ermənistana “desant” endirəcək və Ermənistan hakimiyyətinin, eləcə də “Vətəndaş Müqaviləsi” partiyasının seçki kampaniyasına dəstək verəcək”.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşrinə açıqlamasında Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun prtiyasının Ermənistan ali orqanının üzvü Geğam Manukyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın daxili işlərinə bundan daha açıq müdaxiləni, eləcə də seçki proseslərinə daha açıq və biabırçı təsiri təsəvvür etmək çətindir.

“Ola bilsin ki, Moldova hadisəsi bu dəfə daha geniş miqyasda təkrarlansın. Moldovada baş verənlər də müdaxilə idi, amma burada bu, daha biabırçı olacaq, çünki bununla paralel olaraq Türkiyənin birbaşa müdaxiləsi və təsiri də olacaq”, - deyə erməni deputat bildirib.

Manukyanın qiymətləndirməsinə görə, burada daha bir məqam açıq-aydındır: avropalılar faktiki olaraq seçkilərin keçiriləcəyini, seçkilərdən sonra isə konstitusiya referendumu olacağını bəyan edirlər.

“Halbuki referendumla bağlı heç bir qərar yoxdur, nə parlamentin qərarı var, nə də başqa hər hansı siyasi qərar var. Bu isə sadəcə olaraq hakimiyyətin Azərbaycana verdiyi vədlərin səsləndirilməsidir”, - deyə Manukyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manukyan   Ermənistan  


Bizi "telegram"da izləyin