Fələstinin Ermənistandakı ilk səfiri etimadnaməsini prezidentə təqdim edib

2026/02/1771947934.jpg
Oxunub: 542     19:18     24 Fevral 2026    
Fələstinin Ermənistan tarixindəki ilk səfiri İsa Kassisen etimadnaməsini prezident Vaaqn Xaçaturyana təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan prezidenti, səfiri vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona diplomatik xidmətində uğurlar arzulayıb. Öz növbəsində İsa Kassisen qəbula görə təşəkkürünü bildirib və ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün bütün səylərini göstərməyə hazır olduğunu vurğulayıb.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı və təşviqi imkanları müzakirə olunub, siyasi dialoqun aktivləşdirilməsinin və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə humanitar sahədə təcrübə mübadiləsi imkanlarına toxunulub.

Tərəflər həmçinin regional reallıqlara toxunaraq sülh, sabitlik və mehriban qonşuluq prinsiplərinə sadiqliyin əhəmiyyətini vurğulayıblar.

Xatırladaq ki, 2024-cü ilin iyununda Ermənistan Fələstinin dövlət müstəqilliyini tanıyıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   Ermənistan  


Bizi "telegram"da izləyin