Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində paylaşdığı videoda deyib.
“Söhbət ondan gedir ki, o vaxt necə ifadə etmişdiksə, tarixdən bizə miras qalan ağır dövrü, bir növ dövriliyi aradan qaldıra bilməli idik. Yəni Ermənistan geosiyasi şəraitin təsiri ilə, bəzən özündən asılı olmayan səbəblər nəticəsində müstəqillik qazanır, erməni xalqı dövlətçilik əldə edir, lakin sonra yenə geosiyasi səbəblərə görə, bir çox hallarda öz qərarlarından və özündən asılı olmadan, həmin dövlətçiliyi və müstəqilliyi itirir
2018-ci ildə mən bu məsələni belə formalaşdırmışdım ki, biz tarixi dövriliyi aradan qaldırmalı, ondan çıxmalı və elə bir dövrə daxil olmalıyıq ki, bizim dövlətə sahib olub-olmamağımız yalnız bizdən və qəbul etdiyimiz qərarlardan asılı olsun.
İndi isə icazə verin, inamla və qəti şəkildə deyim ki, 2020-2025-ci illərdə biz bu problemi həll etdik. Biz təkcə tarixi dövriliyin yaratdığı təhdidləri aradan qaldırmadıq, həm də elə bir tarixi mərhələyə daxil olduq ki, dövlətə, suverenliyə, müstəqilliyə, inkişafa, azadlığa və rifaha sahib olmaq artıq bizim, yalnız bizim qəbul etdiyimiz qərarlardan asılıdır.
Bu, tarixi bir nailiyyətdir və Ermənistan vətəndaşları bu tarixi nailiyyətlərin sahibi olmalıdır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az