“Əgər gələcək bu günün içində deyilsə, o, praktiki olaraq mövcud deyil” - Paşinyan

2026/02/1771911058.jpg
Oxunub: 403     18:02     24 Fevral 2026    
“Hazırda Ermənistanın beynəlxalq qəbulunda “Tumo” adı bütün miqyası ilə getdikcə daha çox görünür”.

Ordu.az xəbər verir ki, bunu “Aİ Tumo Mühəndislik və Tətbiqi Elmlər Kompleksi”nin (EUCC) təməlqoyma mərasimində baş nazir Nikol Paşinyan deyib.

“Əslində son altı ildə biz paralel şəkildə birlikdə çalışmışıq. Çünki siz bu binanı layihələndirmisiniz, biz isə eyni prosesdə Ermənistan layihəsi haqqında düşünmüşük və ən müxtəlif formalarda, ən müxtəlif yanaşmalar nümayiş etdirmişik. Mənim üçün bu, düşüncənin müxtəlif baxış bucaqları haqqında bir məsələdir.

Biz ümumiyyətlə gələcək haqqında çox danışırıq. Son altı il ərzində biz gələcək haqqında çox düşünmüşük, həmçinin “gələcək” sözünü müxtəlif formalarda reallığın içində yerləşdirməyə çalışmışıq və başa düşmüşük ki, reallığımızda böyük bir problem var. Bu, bizimlə gələcək arasında mövcud olan məsafədir və adətən bu məsafə heç vaxt aşılmır.

Biz anladıq ki, bu məsafəni aradan qaldırmaq üçün gələcəyi gətirib bu günün içində yerləşdirmək lazımdır. Çünki əgər gələcək bu günün içində deyilsə, o, praktiki olaraq mövcud deyil”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, vacib olan odur ki, gələcəyin haradasa uzaqda olmadığı başa düşülsün, gələcək elə bu gündür: “Çünki bu gün hansı gələcəyi yaradırıqsa, mövcud olacaq gələcək də məhz o olacaq. İkinci olaraq, arzu haqqında çox danışılır və arzu bəlkə də ən çox işlədilən sözlərdən biridir. Bizim və mənim nəticəm belədir ki, altında iş planı olmayan arzu ümumiyyətlə mənasız, yersiz bir ifadədir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin