Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

2026/02/1771938482.jpg
Oxunub: 454     16:54     24 Fevral 2026    
Azərbaycan və İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.

Ordu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Onun sözlərinə görə, bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib: "İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin