Ordu.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan daima tərəflər arasında vasitəçi rolunu oynamağa hazırdır: "Biz sülhü dəstəkləyirik".
N.Şamxaradze həmçinin bildirib ki, Türkiyə Gürcüstanla iqtisadi əməkdaşlıq edən ilk ölkələrdən biridir:
"Gürcüstana gələn turistlərin sırasında Azərbaycan və Türkiyədən olanlar ilk beşlikdə yer alır. Ümumilikdə isə bizə turistlərin 60 faizi qonşu ölkələrdən gəlir".
Ordu.az