Fuad Oktay: "Ermənistanla normallaşma prosesi regionda stabilliyin güclənməsinə töhfə verəcək"

2026/02/1771909406.jpg
Oxunub: 297     16:35     24 Fevral 2026    
Ermənistanla münasibətlərin normallaşması prosesi regionda sülh və stabilliyin güclənməsinə töhfə verəcək.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə parlamenti regionda dayanıqlı sülhün tərəfdarıdır:

"Biz Azərbaycan və Ermənistanın addımlarını etimadın qurulması üçün vacib hesab edirik. Razılaşdırılan TRIPP layihəsi bütün region üçün əhəmiyyətlidir. İnanıram ki, Gürcüstan da bundan öz faydasını götürəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fuad-Oktay   Ermənistan  


Bizi "telegram"da izləyin