Səməd Seyidov: "Azərbaycan qonşu ölkələrdə qeyri-sabit vəziyyətin olmasında maraqlı deyil"

2019/05/semed-1559204050.jpg
Oxunub: 329     16:32     24 Fevral 2026    
Azərbaycan qonşu ölkələrdə qeyri-sabit vəziyyətin olmasında maraqlı deyil.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrlə münasibətlərə ciddi əhəmiyyət verir:

"İranla bağlı mövqeyimiz tam aydındır. Azərbaycan qonşu ölkələrdə qeyri-sabit vəziyyətin olmasında heç də maraqlı deyil".

Komitə sədri bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir:

"Rusiya-Ukrayna münaqişəsi diplomatik və siyasi yolla həll olunmalıdır. Beynəlxalq qanuna tam əməl edilməli, qlobal təhlükəsizlik nəzərə alınmalıdır".

S.Seyidov həmçinin Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə də toxunub:

"Hazırda Ermənistanla sülh məsələsi müzakirə olunur, çox həlledici mərhələdədir. Əslində, sülhə praktik olaraq nail olunub".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səməd-Seyidov   Azərbaycan  


Bizi "telegram"da izləyin