Ordu.az xəbər verir ki, bunu bu gün erməni jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədr müavini, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Ruben Rubinyan deyib.
“Mən Sağmosavank monastırının keşişinə fikir bildirdiyinə görə heç nə deməmişəm. Mən yenə də bildirirəm ki, heç bir keşişin kilsədə insanı onun siyasi baxışlarına və ya partiya mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoymaq hüququ yoxdur”, - deyə Rubinyan qeyd edib.
Eyni zamanda o, hakimiyyətin Erməni Apostol Kilsəsinin işlərinə müdaxilə etmədiyini iddia edib.
Xatırladaq ki, 2026-cı il fevralın 23-də Ruben Rubinyan bəyan etmişdi ki, keşiş Ter Oşin Hayrapetyan onun tanıdığı və nikaha hazırlaşan gənc cütlüyə belə deyib: “Əsas odur ki, xaç atası normal, qeyrətli adam olsun, “Vətəndaş Müqaviləsi” üzvü olmasın”.
“Ter Oşinə məsləhət görürəm ki, ağlını başına yığsın”, - deyə Rubinyan “Facebook” səhifəsində yazmış, bundan sonra isə iş vaxtı onunla “haqq-hesabı aydınlaşdırmaq” üçün yanına getmişdi.
Eyni zamanda keşiş özü “News.am” nəşrinin müxbiri ilə söhbətində hakim fraksiyanın nümayəndəsinin bu iddialarını təkzib edib və həmin partiyaya mənfi münasibət bəslədiyini gizlətməyib.
Alpər Mövludoğlu
Ordu.az