Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclası keçirilir

2025/03/bd256-1742281906.jpg
Oxunub: 303     15:59     24 Fevral 2026    
Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilir.

Ordu.az xəbər verir ki, iclasda hər üç ölkənin parlamentariləri və media nümayəndələri iştirak edirlər.

İclasa Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay və Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sədrlik edirlər.

Görüşdə üç ölkənin parlamentləri arasında siyasi dialoqun daha da gücləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Gürcüstan  


Bizi "telegram"da izləyin