Erməni vitse-spiker: “KİV-lər Ermənistanın ikinci və üçüncü prezidentləri ilə bütün körpüləri yandırmalıdır”

2022/01/96964-1643105826.jpg
Oxunub: 354     15:48     24 Fevral 2026    
“Kütləvi informasiya vasitələri nəhayət Robert Köçəryan (Ermənistanın ikinci prezidenti-red.), Serj Sarkisyan (Ermənistanın üçüncü prezidenti-red.), onun kürəkəni və müxtəlif oliqarxlarla bütün əlaqələri kəsməli və müstəqil maliyyələşmə əldə etməlidirlər”.

Ordu.az xəbər verir ki, bunu bu gün erməni jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədr müavini, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Ruben Rubinyan deyib.

O bildirib ki, KİV-lər maliyyə mənbələrini açıqlamalıdırlar.

Rubinyanın qiymətləndirməsinə görə, Ermənistan xalqı iyunun 7-də Robert Köçəryan və Rusiyada fəaliyyət göstərən oliqarxlarla bütün körpüləri yandırmalıdır ki, korrupsiyanın geri qayıtması və sülhə yönəlmiş təhdidlərin yaranması istisna edilsin.

“Bundan sonra parlament normal siyasi debat platformasına çevrilməlidir. Bununla yanaşı, biz siyasi motivlərlə heç bir biznesə təzyiq göstərmirik”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubinyan   Ermənistan  


Bizi "telegram"da izləyin