Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədr müavini, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, əgər həmin qüvvələr ədalətli əsaslarla seçilsələr, bu, cinayət sayılmaz, lakin çox mənfi hal olar. Eyni zamanda o qeyd edib ki, seçkilərdən sonra koalisiyaların formalaşdırılması cinayət deyil, seçki saxtakarlığı isə cinayətdir.
“Vardan Qukasyan Gümrünün meri Robert Köçəryanın, Serj Sarkisyanın və bir sıra Rusiyada fəaliyyət göstərən oliqarxların qüvvələri bir neçə bloka bölündükdən və seçkilərdən sonra əməkdaşlıq etdikdən sonra seçildi. Bu, özlüyündə cinayət deyildi.
Lakin altı ay sonra Qukasyan rüşvətxorluq ittihamı ilə həbs olundu. Əgər Robert Köçəryan və iki oliqarx çoxluq səsini toplayaraq hakimiyyətə gəlsələr, nə baş verəcək? Rüşvətxorluq ittihamı ilə heç kim həbs edilməyəcək. Çünki öz hakimiyyətləri dövründə olduğu kimi, həmin vaxt da hüquq-mühafizə orqanlarının işini görməsinə imkan verməyəcəklər. Bəs bunun qarşısını necə almaq olar? İnsanlar Köçəryana və iki oliqarxa sıfır səs verməlidirlər. Çünki biz onların hakimiyyətinin təkrarlanmasını istəmirik”, - deyə Rubinyan vurğulayıb.
O qeyd edib ki, hakimiyyət parlament seçkilərinin nəticələrinə əsasən konstitusion çoxluq əldə etməyi qarşıya məqsəd qoyub. “Qaqik Tsarukyan siyasətə təsir göstərmək istəyən biznesmendir. Samvel Karapetyan isə partiya yaradan, ona rəhbərlik edən, Ermənistanın siyasi meydanına təsir göstərməyə çalışan və Rusiyada fəaliyyət göstərən biznesmendir”, - deyə erməni deputat bildirib.
Onun fikrincə, bu, “oliqarx” termininin klassik tərifidir. Rubinyan əminliyini ifadə edib ki, oliqarxlar hakimiyyətə gəldiyi halda heç bir müsbət nəticə olmayacaq.
“Köçəryan bildirirdi ki, seçkilərə bir neçə blokla getmək və əməkdaşlıq edərək bu hakimiyyəti uzaqlaşdırmaq lazımdır. Robert Köçəryanın komanda üzvü və Tsarukyanın yanında fəaliyyət göstərən Andranik Tevanyan isə onların istədiyinin “Gümrü-2” ssenarisi olduğunu bəyan edib”, - deyə Rubinyan qeyd edib.
O vurğulayıb ki, insanlar bir tərəfdən mövcud hakimiyyət, digər tərəfdən isə Köçəryan, iki oliqarx və onların tərəfdarları arasında seçim edəcəklər. Onun sözlərinə görə, “Vətəndaş Müqaviləsi” partiyasının reytinqi istənilən müxalif qüvvənin reytinqini xeyli üstələyir. “Ona görə də hakimiyyətin narahat olması üçün əsas yoxdur”, - deyə Rubinyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az