Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edəcək

2024/03/2024--1710416250.jpg
Oxunub: 331     15:04     24 Fevral 2026    
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Report"un Balkan bürosuna açıqlamasında Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev məlumat verib.

Diplomat qeyd edib ki, Jelka Tsviyanoviç martın 12-14-də Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edəcək.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi və əməkdaşlıq məsələlərinin müzakirə olunması nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya   Herseqovina   Azərbaycan  


Bizi "telegram"da izləyin