Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ararat Mirzoyan və Volker Türk insan hüquqlarının müdafiəsi sahəsində prioritetlər, beynəlxalq insan hüquqları sisteminin qarşısında duran müasir çağırışlar və əməkdaşlığın əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
“Nazir Mirzoyan Ermənistan ilə Azərbaycan arasında təsdiqlənmiş sülhün gələcək institusionallaşdırılması məsələsində Ermənistanın yanaşmalarını təqdim edib. Sülhün davamlı möhkəmləndirilməsi, etimad mühitinin təşviqi istiqamətində atılan addımlar, həmçinin münaqişədən zərər çəkmiş əhalinin problemləri və humanitar xarakterli məsələlərin həlli müzakirə olunub.
Görüşdə demokratik dayanıqlılığın və insan hüquqlarının müdafiəsi institutlarına inamın davamlı şəkildə gücləndirilməsi istiqamətində fəal əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin cari ildə Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflərinin 17-ci Konfransı çərçivəsində insan hüquqları mövzusuna verilən əhəmiyyətə də toxunulub”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az