Fuat Oktay: “Zəngəzur dəhlizi kimi xarakterizə olunan “Tramp yolu” artıq razılaşdırılıb”

2026/02/1771931098.jpg
Oxunub: 439     15:03     24 Fevral 2026    
Türkiyə parlamentinin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda regiondakı proseslərdən danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat yayıb.

Türkiyəli deputat Fuat Oktay jurnalistlərin regionla bağlı suallarını cavablandırarkən bildirib ki, Zəngəzur dəhlizi kimi xarakterizə edilən “Tramp yolu” (TRİPP) Ermənistan və Azərbaycan arasında razılaşdırılıb.

O qeyd edib ki, bununla Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi başlayıb. “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması Türkiyə ilə Ermənistan arasında münasibətlərin də normallaşdırılmasına gətirib çıxaracaq. Çünki Türkiyənin ilkin şərti Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır”, - deyə Fuat Oktay bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fuat-Oktay   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin