Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Jurnalistlərlə söhbətində, İrəvan şəhər idarəsinin patrul alayının keçmiş komandiri Robert Melkonyanın və onun müavini Valeri Osipyanın işə cəlb olunub-olunmayacağı, eləcə də yeni təqsirləndirilən şəxslərin olub-olmayacağı ilə bağlı suala Nahapetyan müsbət cavab verib.
Onun sözlərinə görə, ictimaiyyət bu barədə müvafiq vaxtda məlumatlandırılacaq.
“Bu məntiqə əsasən, 2018-ci ildən sonra keçirilmiş çoxsaylı mitinqlər zamanı baş vermiş insidentlərdə “seçilən” güc strukturlarının əməkdaşlarına da ittiham irəli sürülməlidir” fikrinə münasibət bildirən Nahapetyan hansı hallarda ölüm və zorakılıq faktlarının olduğunu soruşub.
Ona ən diqqətçəkən hadisələrdən biri, yəni jurnalistlər qrupuna işıq-səs qumbarasının atılması xatırladılsa da, erməni komitə rəhbəri bu qeydi cavabsız qoyub.
Alpər Mövludoğlu
Ordu.az