Ordu.az xəbər verir ki, bu barədə bu gün erməni jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirib.
Onun sözlərinə görə, bu münasibətlər düzgün istiqamətdə inkişaf edir və gündən-günə dərinləşir.
“Bizim burada olmağımız və görüşümüzün tanınmış erməni ekspert Vardan Voskanyana həsr edilməsi çox şeydən xəbər verir”, - deyə o qeyd edib.
Şirğolami əlavə edib ki, bu, iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni istiqamətlərdə münasibətlərin qarşılıqlı etimad əsasında yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Alpər Mövludoğlu
Ordu.az