“İranda baş verən son hadisələr zamanı ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdləri olub” - Səfir

2026/02/dfsd1-1770872103.jpg
Oxunub: 371     14:21     24 Fevral 2026    
“Ermənistanda İran səfirliyinin qarşısında keçirilmiş aksiyalarla bağlı vəziyyətin tənzimlənməsi istiqamətində atılan addımlara görə Ermənistanın müvafiq qurumlarına təşəkkür edirəm”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün erməni jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirib.

Onun sözlərinə görə, səfirliyin qarşısına toplaşan şəxslər İranda hakimiyyət dəyişikliyi ilə bağlı şüarlar səsləndiriblər ki, bu da qəbuledilməzdir.

“Lakin bu şəxslər Ermənistanda yaşayan İran vətəndaşlarının ümumi sayı (təxminən 3000 nəfər) ilə müqayisədə cüzi hissəni təşkil edib”, - deyə səfir qeyd edib.

O əlavə edib ki, İranda baş verən son hadisələr zamanı ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdləri olub və bu, 12 günlük müharibənin davamına çevrilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin